Hindistanda HDQ-yə məxsus qayıq ilə bərə toqquşub, 13 nəfər ölüb
18
dek
2024
20:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ərəbistan dənizində, Hindistanın Mumbay şəhəri sahillərində bərə və sürətli qayığın toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Maharaştra ştatının baş naziri Devendra Fadnavis bildirib.
"Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ölənlərin sayı 13-dür", - o deyib.
Bildirilir ki, toqquşma nəticəsində 10 mülki şəxs və 3 HDQ hərbçisi ölüb.
Bərənin və qayığın göyərtəsində neçə nəfərin olduğu açıqlanmır. Amma 100-dən çox insanın xilas edildiyi məlumdur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...