Hindistanda dünyanın ən böyük ofis binası açılıb
Hindistanın Qucarat əyalətində yerləşən Surat Almaz Birjası dünyanın ən böyük ofis binası kimi fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, bu nəhəng ofis kompleksi, doqquz birləşdirilmiş binadan ibarətdir və 35 akrdan (1 akr 4,040.86 m2-a bərabərdir) çox ərazini əhatə edərək sahəsinə görə Pentaqonu geridə qoyub.
Birjanın ümumi sahəsi 7 milyon kvadrat metrdən çoxdur və öündə 4700-dən çox ofis və emalatxananı birləşdirir. Binanı inşa edən "Morphogenesis" memarlıq şirkətinin əsas məqsədi rekord qırmaq deyil, yerli icmanın ehtiyaclarına cavab verən funksional və müasir bir məkan yaratmaq idi.
388 milyon dollar dəyərində olan kompleks gündə 65,000 nəfərin iş yerlərinə sürətli çıxışını təmin edən 131 liftlə təchiz olunub.
Oxşar xəbərlər
Danimarkada minlərlə insan ABŞ-nin Qrenlandiya siyasətinə qarşı aksiya keçirib
Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı küçələrə çıxaraq etirazlarını bildirib. BAKU.WS "Report"...