Hindistanda doğum göstəricisi azalıb: əhali artımında yeni mərhələ qeyd olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan dünyada ən sıx məskunlaşmış ölkə statusunu qorusa da, ölkədə demoqrafik göstəricilərlə bağlı diqqətçəkən azalma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, ölkədə qadın başına düşən doğum sayı 1,9-a enib. Bu göstərici əhalinin sabit qalması üçün lazım olan 2,1 həddindən aşağıdır.
Məlumata görə, 2000-ci illərin əvvəlində bu rəqəm 3,3 olub. Azalmanın əsas səbəbləri kimi təhsil səviyyəsinin yüksəlməsi, iqtisadi xərclərin artması və ailə planlamasına çıxış imkanlarının genişlənməsi göstərilir.
Ekspertlər bu tendensiyanın davam edəcəyi halda Hindistanın uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklərlə üzləşə biləcəyini bildirirlər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...