Hindistan və Pakistan müasir tarixdə ən böyük hava döyüşü keçirib

Hindistan və Pakistan müasir tarixdə ən böyük hava döyüşü keçirib
Dünya 170

Hindistan və Pakistan müasir tarixdə ən irimiqyaslı hava döyüşünü keçirdi

CNN-in məlumatına görə,

Hindistan və Pakistan arasında gərginliyin artması fonunda müasir aviasiya tarixinin ən genişmiqyaslı və uzun sürən hava döyüşlərindən biri baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Məlumata görə, mayın 7-nə keçən gecə bu döyüşdə eyni anda azı 125 qırıcı iştirak edib.

Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələr bildiriblər ki, Hindistanın hücumu zamanı onlar Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş təyyarəni və bir pilotsuz uçuş aparatını vurublar.

Qeyd olunur ki, hava döyüşü zamanı hər iki tərəf yalnız öz hava məkanında fəaliyyət göstərib, onu tərk etməyib.

CNN-in digər mənbələri isə əlavə ediblər ki, raket zərbələrinin mübadiləsi bəzən 160 kilometrdən artıq məsafədə baş verib.

Pakistan təhlükəsizlik qüvvələrində yüksək vəzifəli bir mənbə qeyd edib ki, bu hadisə müasir aviasiya tarixində ən irimiqyaslı və ən uzunmüddətli hava döyüşlərindən biri olub.

Mayın 7-nə keçən gecə Hindistan ordusu "Sindu" adlı əməliyyata başlayaraq Pakistanda və onun nəzarətində olan Kəşmir bölgəsindəki doqquz hədəfə zərbələr endirib. 

Pakistanın müdafiə naziri Xavaca Asif bu zərbələrin yalnız mülki obyektlərə endirildiyini deyib. O, həmçinin vurğulayıb ki, əgər Hindistan geri çəkilərsə, Pakistan gərginliyi artırmaq niyyətində deyil.

İki ölkə arasında münasibətlər aprelin 22-də baş vermiş hadisədən sonra gərginləşib. Həmin vaxt mübahisəli Cammu və Kəşmir ştatında turistlər silahlı hücuma məruz qalmışdı.

Son xəbərlər