Hindistan Pakistanda 4, Kəşmirdə 5 əraziyə ballistik raketlər atıb: 8 ölü, 35 yaralı
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib.
Hindistan ordusunun vurduğu 9 hədəfdən 4-ü Pakistanda, qalanları isə Kəşmirdə olub. Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabada ballistik raketlər atılıb.
Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Məlumata görə daha iki nəfər itkin düşüb.
Qeyd edək ki, Hindistan Silahlı Qüvvələri açıqlamasında Pakistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb. Pakistana aid heç bir hərbi obyekt hədəf alınmayıb.
Qalereya
🚨 #BREAKING: India has just launched a missile strike on Pakistan
— Nick Sortor (@nicksortor) May 6, 2025
Pakistan vows to retaliate
It’s a full-on war now. pic.twitter.com/b04D1t1K2V
Oxşar xəbərlər
KİV: Tramp Meksikada hərbi əməliyyat hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərə qarşı mübarizə üçün yeni hərbi missiyanın ətraflı planlaşdırılmasına başlayıb. BAKU.WS...