Heyvanlara olan sevgisi onun ölümünə səbəb oldu - 55 yaşında vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qəribə hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, 55 yaşlı Okan Diközün heyvanlara olan sevgisi onun ölümünə səbəb olub. Hadisə Sapancanın Yanık məhəlləsində qeydə alınıb.
Okan 10 gün əvvəl nəfəs darlığı şikayəti ilə xəstəxanaya gedib. Aparılan müayinələrdən sonra onun ağciyərinə pişik tükü getdiyi aşkarlanıb.
Nəticədə ağciyəri infesiyaya yoluxub. Okana müalicələr edilsə də, həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
O Yanık Kurtköy Məhəllə qəbirstanlığında torpağa tapşırılıb.
Okan Diköz heyvanalar sevgisi ilə tanınırdı. O evində çoxlu it və pişik saxlayırdı.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...