Həyat yoldaşından boşanan Bengüdən İLK AÇIQLAMA
Ötən gün həyat yoldaşından ayrılan müğənni Bengü açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.
6 illik evliliyini sonlandıran ifaçı Selim Selimoğlu qarşılıqlı razılaşma əsasında boşandıqlarını qeyd edib:
"Bir müddətdir yaşadığımız fikir ayrılıqlarını həll edə bilməyəcəyimizi anladığımız üçün evliliyimizi bitirmək qərarına gəldik və razılıq əsasında boşandıq. Hər ikimiz üçün həyatımızın ən vacib varlığı; Uşaqlarımızı bir araya gətirən bu evlilikdən sonra biz də onların valideynləri olaraq eyni sevgi və bağlılıqla həyatımıza davam edəcəyik. Ailə məxfiliyimiz və uşaqlarımızla bağlı həssaslığınıza görə hər kəsə əvvəlcədən təşəkkür etmək istərdik".
Xatırladaq ki, Bengü ilə Selim 2018-ci ildə ailə qurub. Cütlüyün iki övladı var. Son bir ildir sənətçinin həyat yoldaşı Selim Selimoğlunun çoxlu qumar borcu olduğu deyilir. Bengü ilə həyat yoldaşı sosial şəbəkədə tanış olub.
Qalereya
Oxşar xəbərlər
İndoneziyada Semeru vulkanı 3 dəfə püskürdü
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 3 püskürmə baş verib. BAKU.WS xəbər verir ki, püskürmə zamanı vulkan külü 800-1000 metr...