HƏMAS Qəzza ilə bağlı razılaşmanın birinci mərhələsini uzatmaqdan imtina edir

HƏMAS İsrail tərəfinin Qəzza zolağında martın 1-də başa çatacaq atəşkəs razılaşmasının birinci mərhələsinin uzadılması təklifləri ilə razılaşmır.
"Report" xəbər verir ki, bu barədə Misirin "Al-Ghad" telekanalı məlumat yayıb.
Onun mənbələrinin məlumatına görə, HƏMAS sövdələşmənin ikinci mərhələsi üzrə danışıqlara dərhal başlamaqda israr edir.
Bundan əvvəl HƏMAS Qəzza zolağında atəşkəs razılaşmalarının icrasını davam etdirməyə hazır olduğunu rəsmən bəyan edib. Bundan əlavə, beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə və onu dərhal razılaşmanın ikinci mərhələsinə keçməyə razı salmağa çağırıb.
Oxşar xəbərlər
İsrail İranla münaqişədə aviasiya itkilərini açıqladı
"İsrail Hərbi Hava Qüvvələri İranla silahlı münaqişə zamanı bir ədəd də olsun pilotlu təyyarə itirməyib". BAKU.WS Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə...
