Həkimləri şoka salan OLAY - 24 yaşlı qız 10 ildir heç nə yemədən yaşayır
Avstraliyada yaşayan 24 yaşlı Enni Holland 10 ildir heç bir şey yeyə bilmir və yalnız venadaxili qəbul etdiyi qidalarla yaşayır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalının vəziyyətini araşdıran həkimlər ona "Otoimmün Otonomik Qanqliopatiya" diaqnozu qoyub.
Xəstə bildirib ki, yemək qoxusundan ürək bulanması hiss edir və bu səbəbdən cəmiyyətdən təcrid olunur.
Enni yaşadığı psixoloji yükü bu sözlərlə ifadə edib:
"Həyatımın bu qədər tez bitəcəyini heç düşünməzdim. Gələcək haqqında xəyal belə qura bilməyəcəyim məni məhv edir. Aylarla dəhşətli simptomlar, əməliyyatlar və dərmanlarla yaşamalıyam. Bu prosesi keçməmiş birinin mənim çəkdiyim ağrıları anlaması mümkün deyil".
Qalereya
Oxşar xəbərlər
Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətləri...