Həbsxanalardan kütləvi qaçış – 13 mindən çox məhkum azadlığa çıxdı

Nepalda davam edən kütləvi etirazlar fonunda ölkə üzrə həbsxanalardan 13 572 məhkum qaçıb.
BAKU.WS-in məlumatına görə, müxtəlif cinayət işləri üzrə istintaq altında saxlanılan 560 nəfər də həbsxanadan qaçmağa nail olub.
Bu məlumatı ölkənn polis rəhbərliyi təsdiqləyib. Polisin baş inspektoru Binod Gimirenin sözlərinə görə, qaçışlar ölkədə son günlər gərginləşən vəziyyətin nəticəsidir:
"Bu kütləvi qaçışlar nümayişçilərin təşkil etdiyi etiraz aksiyaları, iğtişaşlar, dağıntılar və yanğınlarla müşayiət olunan xaos fonunda baş verib".
Many prisoners have escaped from Jhumka jail, largest jain in Eastern Nepal..#Nepal #Nepalprotest #GenZProtest pic.twitter.com/tAxjrXBO8x
— Chaudhary Parvez (@ChaudharyParvez) September 10, 2025
Ölkədə baş verənlər artıq "Zoomerlərin inqilabı" adlandırılır. Sentyabrın 4-də hökumət aksiyalara qadağa qoysa da, etirazlar bir neçə gün ərzində kütləvi iğtişaşlara çevrilib. Paytaxt Katmanduda 500-dən çox insan xəsarət alıb.
Hadisələrdən sonra sentyabrın 8-i və 9-da "Generation Z" hərəkatının liderləri bəyanat yayaraq zorakılıq və vandalizm aktlarına aidiyyətlərinin olmadığını bildiriblər. Onlar həmçinin ölkə ordusunu küçələrin təhlükəsizliyini təmin etməyə çağırıblar.
Hazırda ordunun bölmələri Nepalin iri şəhərlərində küçələri patrul edir. Eyni zamanda, siyasi böhran fonunda hərəkatın təşəbbüskarları keçmiş Ali Məhkəmə sədri Suşila Karkinin müvəqqəti hökumətin başçısı postuna namizədliyini irəli sürüb. O da bu təklifi qəbul edib.
Nepaldakı vəziyyət qeyri-sabit olaraq qalır. Mütəxəssislər bildirirlər ki, həm kütləvi qaçış, həm də küçə qarşıdurmaları ölkənin hüquq-mühafizə və siyasi sistemində ciddi böhran yarada bilər.
Oxşar xəbərlər
Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb
Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. BAK...
