Hava limanında mədəsi ağrıyan qadının içindən 74 paket kokain çıxdı

Yaponiyada polis qarın ağrısından şikayət edən qadının içərisində 74 paket kokain tapıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Osaka şəhərinin Kansai hava limanında Yaponiya sərhəd xidməti ölkəyə qeyri-qanuni yolla kokain gətirmək istəyən əcnəbini saxlayıb.
Saxlanılan şəxsin 35 yaşlı Cessika Ramos de Souza adlı Braziliya vətəndaşı olduğu üzə çıxıb.
Gömrük nəzarətindən keçərkən qadının açıq-aşkar narahat görünməsi məmurları şübhələndirib. Onu əlavə yoxlamadan keçirməyi qərara alıblar. Yoxlama zamanı qadının alt paltarına bükülmüş corabda gizlədilmiş 13 paket kokain aşkar edilib.
Həbsdən bir neçə dəqiqə sonra Souza mədəsində şiddətli ağrılardan şikayətlənməyə başlayıb. Həkimlər braziliyalını rentgenə göndərib və onun mədəsində daha 74 paket kokain olduğunu aşkar ediblər.
Müsadirə edilən narkotik vasitələrin ümumi çəkisi 675,5 qram təşkil edib. Jessica Yaponiyanın Narkotiklərə Nəzarət Qanununu pozmaqda ittiham edilərək həbs edilib. O, günahını etiraf edib, lakin kokaini satmaq niyyətində olmadığını bildirib.
Oxşar xəbərlər
Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb
Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb. BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənist...
