Hakerlər Kurska daxil olan Ukraynanın 800-dən çox hərbçisinin məlumatını yaydı
"NemEZida" adlı haker qrupu Rusiyanın Kursk vilayətinə daxil olan Ukrayna Silahlı Qüvvələrinin 800-dən çox hərbçisinin məlumatlarını yayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "RİA Novosti" məlumat verib.
Bildirilir ki, məlumatları yayılan şəxslər arasında 82-ci desant-hücum briqadasının və 61-ci mexanikləşdirilmiş briqadanın üzvləri var. Həmçinin pilotsuz uçuş aparatlarının operatorlarının məlumatları da açıqlanıb.
Hakerlər İsrail, Ermənistan, Gürcüstan, İordaniya, Qazaxıstan, Türkiyə, Moldova, Suriya və bir çox digər ölkələrdən gələn təxminən 200 xarici muzdlu haqqında şəxsi məlumatları da ifşa ediblər.
Siyahıda 1983-cü il təvəllüdlü İvano-Frankovsk vilayətindən olan Roman Pitskiv haqqında məlumatlar mövcuddur. O, pilotsuz uçuş aparatlarının operatorudur. Cari ilin avqust ayında 61-ci mexanikləşdirilmiş briqadasına köçürülüb.
Oxşar xəbərlər
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum ed...