Hakan Fidan üç ölkədən olan həmkarı ilə Rusiya-Ukrayna müharibəsindən danışıb
19
avq
2025
20:20
Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Bedr Abdulati, Böyük Britaniyadan olan həmkarı Devid Limmi və Almaniyanın baş diplomatı Yohann Vadeful ilə telefonla danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Qeyd olunub ki, H.Fidan həmkarları ilə Rusiya-Ukrayna müharibəsini və Qəzzada davam edən humanitar böhranı müzakirə edib.
Tərəflər Vaşinqton və Alyaskada baş tutmuş görüşlərin nəticələri barədə də fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İranda iğtişaşlarda iştirak edənlər sərt cəlanadırılacaq
İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhseni-Ejei ölkədə baş verən iğtişaşların iştirakçılarının sərt şəkildə cəzalandırılacağını bəyan edib. BAK...