Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir
Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyada Suriya ilə bağlı keçirilən mətbuat konfransında çıxışında deyib.
O bildirib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır: "Terrorun keçid dövründən sui- istifadə etməsinə imkan verməməliyik. Əvvəlki səhvlərdən dərs çıxarmalıyıq. Qarşıdakı dövr asan olmaya bilər. Amma biz Türkiyə olaraq Suriyanın yanında olacağıq".
H.Fidanın sözlərinə görə, Suriya xalqı təhlükəsiz və azad yaşamağa layiqdir.
Nazir həmçinin bildirib ki, Türkiyə Suriyada terrorçulara qarşı mübarizəni davam etdirəcək.
Oxşar xəbərlər
Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı
Qazaxıstan Müdafiə Nazirliyində vəziyyətin kompleks araşdırılması üzrə komissiya sentyabrın 24-də 14 hərbçinin həlak olduğu Xəzər dənizindəki təlimlərin planlaş...