Hadise ona yaşlı deyənlərə səsləndi: "Məni qorxuda bilməzsiniz!"

Müğənni Hadise son zamanlar xarici görünüşü ilə gündəmdən düşümür.
BAKU.WS xəbər verir ki, buna səbəb onun yayılan yeni görüntüləridir. Hadisenin yeni videosunda simasında qırışlar olduğu əks olunub.
Sosial şəbəkə istifadəçiləri sənətçinin artıq yaşlandığını qeyd edib.

29 yaşlı Hadise bu müzakirələrə səssiz qalmayıb.
O istənilən halda müğənnilərin müzakirələrə səbəb olduğunu açıqlayıb.
"Arıqlayırıq, mühakimə olunuruq. Köklənirik, yenə mühakimə olunuruq. Filtrlərdən istifadə edirik, "həqiqi deyil" deyirlər. Biz arıqlayırıq, bizi mühakimə edirlər". Üz cizgilərimizi göstəririk, deyirlər ki, qocalmısan.
Onlar düşünürlər ki, qadın olmaq hər cəhətdən mühakiməyə açıq olmaq deməkdir. Amma mən heç vaxt bu qaydalarla yaşamamışam.
Üz cizgilərim də mənimdir. Sözüm də, bədənim də, səhnəm də mənimdir. Və bu azadlığı heç kimə izah etməliyəm. Mən qorxmuram. Məni qorxuda bilməzsiniz", - deyə o bildirib.
Oxşar xəbərlər
İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib
İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü, br...