"Haber Global": Gürcüstanda qəzaya uğrayan "C-130" təyyarəsinin qara qutusu Türkiyəyə gətiriləcək
Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130 hərbi" yük təyyarəsinin qara qutusu Türkiyə tərəfindən araşdırılacaq və ABŞ-yə göndərilməyəcək.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.
Həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.
Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. Hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.
Daha ətraflı "Haber Global"ın süjetində:
Oxşar xəbərlər
İran və Şimali Koreya arasında gizli maliyyə əlaqələri aşkarlandı
Cənubi Koreyada yayımlanan hesabata görə, İran və Şimali Koreya arasında çirkli pulların yuyulması ilə bağlı gizli maliyyə əlaqələri üzə çıxıb. Bu barədə "Azad...