Gürcüstanda rusiyalı turistlərə hücum: Qadını zorlamaq istəyiblər, ərini oğurlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN), Samtredia - Zemo Svaneti bölgəsindəki dağlıq Mestia qəsəbəsində Rusiyadan gələn turistlərə qarşı silahlı hücum faktını araşdırır.
Bu barədə ölkənin Birinci Kanalı məlumat yayıb.
"Mestia bələdiyyəsində turist cütlüyünə hücum edilib. Mövcud məlumata görə, ər-arvada iki nəfər hücum edib. Cinayətkarlar hüquq-mühafizə orqanları tərəfindən axtarılır",- deyə məlumatda qeyd olunur.
Məlumata əsasən, zərərçəkmiş qadın polis şöbəsinə aparılıb, kişi isə hələ də axtarılır. Nazirlik hadisə ilə bağlı Cinayət Məcəlləsinin 236 və 179-cu maddələri üzrə istintaq başladıb. Bu maddələr qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və soyğunçuluqla bağlıdır.
"Mtavari Arxi" telekanalı isə bildirib ki, naməlum şəxslər qadına qarşı seksual zorakılıq cəhdi ediblər. Cinayətkarlar kişidən maşından çıxmasını tələb edib, bu zaman dava başlayıb, atəş açılıb və kişi yaralanıb.
Qadının ifadəsinə görə, hücum edənlər onun ərini huşsuz vəziyyətdə avtomobildə aparıblar. Avtomobil tapılsa da, içərisində qan izləri olduğu bildirilib. Lakin kişinin hazırkı yeri hələ də məlum deyil.
Oxşar xəbərlər
İran Suriyadan əsas qüvvələrini çıxarıb
İranyönümlü silahlı birləşmələrin əksəriyyəti Suriyanın keçmiş dövlət başçısı Bəşər Əsədin qaçmasından sonra Suriyanı tərk edib. Oxu.Az-ın verdiyi məlumata görə...