Günəşdə güclü partlayışlar baş verə bilər

Günəşdə güclü partlayışlar baş verə bilər
Dünya 21

Yaxın iki gün ərzində Günəşdə aktivliyin əsasən zəif və orta səviyyədə olacağı proqnozlaşdırılır. Bununla yanaşı, ən güclü hesab edilən X sinif alışmaların baş vermə ehtimalı da istisna edilmir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu "TASS" agentliyinə açıqlamasında məlumat verib.

Qurumun proqnozuna əsasən, iyulun 7-8-də Günəş səthində aktivlik aşağı və orta səviyyələr arasında dəyişəcək. Bununla belə, X sinfinə aid güclü alışmaların baş verməsi ehtimalı da nəzərə alınır.

Mütəxəssislər bildirirlər ki, Günəş alışmaları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Bu təsnifatda A sinfi ən zəif, X sinfi isə ən güclü alışmaları ifadə edir. Hər növbəti sinifdə şüalanmanın gücü əvvəlki səviyyə ilə müqayisədə on dəfə artır.

Alimlərin sözlərinə görə, güclü Günəş alışmaları çox vaxt Günəş plazmasının kosmosa atılması ilə müşayiət olunur. Bu plazma axınları Yerə çatdığı halda geomaqnit qasırğalarının yaranmasına səbəb ola, həmçinin rabitə sistemlərinin, peyklərin fəaliyyətinə və enerji şəbəkələrinə müəyyən təsirlər göstərə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər