Günəbaxan tarlasında nəhəng çuxur əmələ gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Eskişehir vilayətinin Çifteler rayonunda günəbaxan tarlasında böyük çuxur əmələ gəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərinliyi təqribən 20 metr, diametri 5 metr olan çuxur haqqında sahə sahibi aidiyyəti qurumlara məlumat verib.
Təsərrüfat sahibi Erkan Ceylanın sözlərinə görə, 23 hektarlıq ərazisinə damcı suvarma avadanlığı toplamaq üçün gələndə onun bir hissəsinin əskik olduğunu görüb:
"Kənd Təsərrüfatı və Meşə Nazirliyinin səlahiyyətlilərinə məlumat verdik. Məsul şəxslər gəlib əraziyə baxış keçirdi. Günəbaxan biçininin vaxtı da yetişib. Diqqət etməsəydik hətta, kombaynı da içəri çəkə bilərdi. Çuxuru torpaqla doldurmağı planlaşdırdıq".
Sahəyə baxış keçirən rəsmi qurum əməkdaşları bunun Eskişehirdə məlum olan üçüncü çuxur olduğunu söyləyib.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...