Gözəllik müsabiqəsinin qalibi doğum gününə 4 gün qalmış vəfat etdi

"Queen of Charity 2021" gözəllik müsabiqələrinin rusiyalı iştirakçısı və finalçısı Mariya Orlova yanvarın 1-də 38 yaşında Dzerjinskdə vəfat edib.
BAKU.WS Rusiya KİV-ə iatinadən xəbər verir ki, qadın xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

"Xəbər Mariyanı şəxsən və qiyabi tanıyan hər kəsi şoka saldı. O güclü daxili aləmə və böyük iradəyə sahib çox parlaq şəxsiyyət idi", - məlumatda deyilir.
Xatırladaq ki, 2024-cü ilin yazında Orlovaya xərçəng diaqnozu qoyulmuşdu.

O, bir neçə ay ərzində xəstəliklə mübarizə aparıb, lakin təəssüf ki, xəstəliyə qalib gələ bilməyib.
Yanvarın 5-də 39 yaşını qeyd etməli olan modeldən geriyə 3 övlad qalıb.
Oxşar xəbərlər
İspaniya: "İsrail qəbul edilərsə, Eurovision-a qatılmaya bilərik"
İspaniya Mədəniyyət naziri Ernest Urtasun, İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakına qarşı çıxıb. O bildirib ki, əgər İsrail yarışmadan kə...
