Giorgi Volski: ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır
ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfərini Vaşinqtonun Cənubi Qafqazda iqtisadi, maliyyə və ticarət layihələrinə verdiyi töhfələrlə əlaqələndirib.
Volski bildirib ki, ABŞ-nin regionda artan fəallığı və iqtisadi layihələrə dəstəyi Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
O həmçinin vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda aparıcı rol oynayan ölkələrdən biri olaraq qalır və regionda baş verən müsbət proseslər Tbilisi tərəfindən müsbət qiymətləndirilir.
Volskinin sözlərinə görə, nəqliyyat və dəhlizlərin inkişafı baxımından Gürcüstan hələ də əsas investisiya məkanlarından biridir və bu, həm Azərbaycan, həm də regionda marağı olan digər beynəlxalq oyunçular üçün cəlbedici olaraq qalır.
Oxşar xəbərlər
İtaliya İsveçrədəki səfirini geri çağırdı
Yeni il gecəsi baş verən yanğında 40-dan çox insanın öldüyü Kran-Montanadakı barın həmtəsisçisi Jak Morettinin azad edilməsi qərarına etiraz olaraq İtaliya İsve...