Gendelman: İsrail İrana zərbələr zamanı 200-dən çox raket qurğusunu sıradan çıxarıb

Gendelman: İsrail İrana zərbələr zamanı 200-dən çox raket qurğusunu sıradan çıxarıb
Dünya 22

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrana qarşı əməliyyat zamanı 200-dən çox raket qurğusunu sıradan çıxarıb, aviasiya 1 000-dən çox döyüş uçuşu həyata keçirib.

BAKU.WS "Report" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman teleqram kanalında məlumat yayıb.

"Əməliyyatın başlanğıcından bəri İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq İran ərazisində strateji hədəflərə 1000-dən çox döyüş uçuşu həyata keçirib. HHQ komandanlığının qiymətləndirməsinə görə, hücumlar zamanı İranın hücum potensialının əsas elementi olan 200-dən çox taktiki raket buraxılış qurğusu sıradan çıxarılıb", - o qeyd edib.

Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.

Son xəbərlər