Gənc qız TikTok-da canlı yayım zamanı qatilinin adını çəkdi

Ekvadordan olan gənc qadın ölümündən saniyələr əvvəl TikTok-da canlı yayım zamanı onun ehtimal olunan qatili olan şəxsin adını söyləyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Metro" nəşri yazıb.
28 yaşlı Keyla Andreina Qonsales Merkado sosial şəbəkələrdən fəal istifadə edib. Ölümündən üç gün əvvəl paylaşdığı videoda həyatdakı məqsədini belə izah etmişdi:
"Yaxşı qadın olmağa davam etmək, sadə və təvazökar qadın olmaq, heç kimə zərər verməmək istəyirəm".
Qətl günü Keyla ən yaxın rəfiqəsi və Manuel adlı bir gənclə görüş zamanı canlı yayıma çıxıb.
Canlı yayım zamanı o, belə deyib:
"Başımı iki dəfə vur, Manuelito, amma indi yox. Əgər məni öldürəcəksənsə, elə et ki, dəqiq olsun, heç nə hiss etməyim. Mən əziyyət çəkmək istəmirəm".
Qeyd edək ki, Pakistanda da bir ata qızını "TikTok" hesabını silməkdən imtina etdiyinə görə öldürmüşdü.
Qalereya
Oxşar xəbərlər
Tramp: 10 gün ərzində razılıq əldə olunmasa, sanksiyalar gələcək
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun 10 günlük vaxt verdiyini bəyan edib. Əks halda, ABŞ adm...