Gənc qalmaq istəyənlərin nəzərinə! Bu qidalar qocalmanı sürətləndirir
Mütəxəssislər uzun müddət gənc və sağlam görünüşünü qorumaq istəyənlərə qidalanma vərdişlərinə diqqət yetirməyi tövsiyə edirlər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara görə, gündəlik rasionda tez-tez yer alan bəzi məhsullar dərinin elastikliyini azaldır, hüceyrələrin yenilənməsini ləngidir və qocalma prosesini sürətləndirir.
Xüsusilə kolbasa, bekon, şirin xəmir məmulatları, hazır dondurulmuş yeməklər, enerji içkiləri, kartof çipsləri, qızardılmış ət və yağlı fast food məhsulları riskli qidalar sırasında göstərilir.
Mütəxəssislər bildirirlər ki, bu məhsulların tərkibindəki yüksək miqdarda şəkər, duz, trans yağlar və müxtəlif konservantlar orqanizmdə iltihabi prosesləri artıraraq dəriyə mənfi təsir göstərir.
Qarğıdalı siropu, marqarin, konfet və spirtli içkilərin də kollagen və elastin liflərinə zərər verə biləcəyi qeyd olunur. Bu isə qırışların daha erkən yaşlarda yaranmasına və dərinin möhkəmliyini itirməsinə səbəb olur.
Həkimlər sağlam qocalma üçün balanslaşdırılmış qidalanma, kifayət qədər su qəbulu, meyvə-tərəvəzlə zəngin rasion və emal olunmuş məhsulların minimuma endirilməsini tövsiyə edirlər.
Onların fikrincə, düzgün qidalanma yalnız görünüşə deyil, ümumi sağlamlığa da müsbət təsir göstərən əsas amillərdən biridir.
Qalereya
Oxşar xəbərlər
Alimləri narahat edən yeni kəşf: stres hormonu beynin plastiklik qabiliyyətini azaldır
Harvard Tibb Məktəbinin alimləri beynin uşaqlıq dövründə yüksək plastiklik (öyrənmə və uyğunlaşma qabiliyyəti) ilə bağlı mühüm mexanizmi aşkar ediblər. Araşdırm...