Futbolçu meşədə qətl törətməkdə şübhəli bilinərək həbs edilib
Rusiyanın "Kvant" klubunun keçmiş futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tipik Obninsk" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Melnikov və daha beş nəfər 2025-ci il yanvarın 18-dək həbs edilib.
31 oktyabr 2024-cü ildə hücumçular Çexovda meşədə olarkən bir kişini möhkəm döyüb. Qurban huşunu itirdikdən sonra hücum edənlər onu meşədə qoyub yoxa çıxıblar. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bundan əvvəl, 2024-cü il oktyabrın 4-də Melnikovun matçların nəticəsinə mərc etdiyinə görə diskvalifikasiya edildiyi məlum olub.
Oxşar xəbərlər
"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib
Rusiyanın Xalq artisti, tanınmış aktrisa Vera Alentova 83 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə aktrisanın uzun illər fəaliyyət göstərdiy...