Futbol dünyasında faciəvi ölümlər – Meydançada, təyyarədə...

Futbol dünyasında faciəvi ölümlər – Meydançada, təyyarədə...
Foto
Dünya 177

Futbol tarixi boyunca bir çox məşhur futbolçu ya meydanda, ya da meydandan kənarda qəfil şəkildə həyatını itirib. Bu hadisələr təkcə idman aləmini deyil, bütün dünyanı sarsıdıb. Avtomobil və təyyarə qəzaları, eləcə də meydanda yaşanan qəfil infarkt hallarının yaratdığı faciələr illər keçsə də, unudulmur.

BAKU.WS xəbər verir ki, "Konyaspor"un müdafiəçisi Ahmet Çalık, 2022-ci ilin yanvarında Ankara-Niğde avtomobil yolunda idarə etdiyi maşının aşması nəticəsində vəfat edib.

Oxşar şəkildə, 2019-cu ildə Alanyasporlu Josef Sural, Kayseri səfərindən dönən komanda yoldaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində həyatını itirib.

Avstraliyada Kameron Aleks McCarth İspaniyada Las Palmas C komandasında çıxış edən Zeben Ramos, Azərbaycanda isə 13 yaşlı futbolçu Məhəmmədəli Eqanov da yol-nəqliyyat hadisələrində həlak olanlar sırasındadır. Nigeriyalı millinin üzvü Ifeanyi George 2020-ci ildə, Denizlisporlu Doğan Seyfi Atlı isə 2001-ci ildə analoji səbəbdən vəfat edib.

İspan futbolu üçün acı itkilərdən biri də Cos Antonio Reyesin 2019-cu ildə keçirdiyi avtomobil qəzası olub.

Futbol tarixində baş vermiş ən dəhşətli hadisələrdən biri 2016-cı ildə Braziliyanın "Chapecoense" klubunu daşıyan təyyarənin Kolumbiyada qəzaya uğraması ilə yaşanıb. 77 nəfərlik heyətdən yalnız 6 nəfər sağ qalıb.

1949-cu ildə isə İtaliyanın "Torino" klubu Portuqaliyadakı oyundan qayıdarkən təyyarə qəzaya uğrayıb, nəticədə komandanın 18 üzvü daxil olmaqla 31 nəfər həyatını itirib.

1958-ci ildə "Manchester United"in "Münih faciəsi" kimi tarixə düşən hadisəsində 8 futbolçu, 3 klub və 12 ekipaj üzvü daxil olmaqla 23 nəfər ölüb.

1993-cü ildə Zambiya millisinin futbolçularını və texniki heyəti daşıyan təyyarənin Qabon sahillərində qəzaya uğraması isə 18 futbolçunun ölümünə səbəb olub.

2021-ci ildə Braziliyanın "Palmas FR" klubunun prezidenti və 4 futbolçusu təyyarə qəzasında vəfat edib. 2018-ci ildə isə "Leicester City"nin sahibi Viçai Srivaddhanaprabha klub stadionu yaxınlığında helikopter qəzasında həlak olub.

Bəzi futbolçular isə elə meydanın özündə həyatla vidalaşıb. Kamerunlu Mark-Vivien Foé 2003-cü ildə Konfederasiyalar Kubokunun oyununda meydanda yıxılıb və həyatını itirib.

Portuqaliyalı Miklos Feher 2004-cü ildə sarı kartdan sonra huşunu itirib və meydanda ölüb. İspan futbolçu Antonio Puerta 2007-ci ildə oyunda huşunu itirdikdən sonra bir neçə gün komada qalıb və vəfat edib. Şotland futbolçu Fil ODonnell 2007-ci ildə matç zamanı oyundan çıxarkən huşunu itirib və ölüb. Misirli Mohamed Abdelwahab isə 2006-cı ildə məşq zamanı ürək tutmasından vəfat edib.

2006-cı ildə Elazığsporlu Gökmen Yıldıran məşq zamanı keçirdiyi infarkt nəticəsində ölüb.

Son 20 ildə bir çox futbolçu meydanda və ya məşq zamanı qəfil infarkt səbəbilə həyatını itirib. Rumıniyalı Katalin Hildan 2000-ci ildə, braziliyalı Serginho isə 2004-cü ildə infarkt nəticəsində vəfat edib. İsrail liqasında çıxış edən Kaswe Nsofwa (Zambiya) da 2007-ci ildə oyun zamanı meydanda keçinib. Almaniyalı Dominik Rupp 2013-cü ildə sahədə ürək tutmasından ölüb.

2004-cü ildə Guatemala millisinin qapıçısı Josue Dany Ortiz oyunda rəqib oyunçu ilə toqquşduqdan sonra yerə yıxılıb və ürəyi dayanıb. Fransalı futbolçu Emmanuel Petit-in böyük qardaşı Olivier Petit də 1987-ci ildə məşq zamanı ürək tutmasından vəfat edib.

Son xəbərlər