Fransanın 19 şəhərində müsəlmanlar təmizlik aksiyası keçirdi
Fransanın 19 şəhərində, o cümlədən Massydə ətraf mühitə qarşı məsuliyyət nümayiş etdirən müsəlmanlar küçələrdə tullantı toplayaraq təmizliklə bağlı maarifləndirici aksiya keçirib.
BAKU.WS xəbər verir ki, "4-cü Məscidlərarası Təmizlik Yürüşü" adlanan tədbir Massy Ulu Məscidi də daxil olmaqla 19 məscidin təşəbbüsü ilə 3–4 may tarixlərində təşkil olunub. Aksiyada uşaqlar da daxil olmaqla yüzlərlə könüllü iştirak edib.
Massy şəhərinin meri Nikola Samson iştirakçılara təşəkkür edib. Məscid könüllülərindən Amelle Miri bildirib ki, bu təşəbbüslə "dünyanı təmiz saxlamaq və ona yaxşı baxmaq" mesajı verilir.
Tədbirə qatılan Bilal Abdelouahed və Safa Mrabet isə İslamın təmizliyə önəm verdiyini, bu dəyərləri uşaqlara öyrətməyin vacibliyini vurğulayıblar.
2019-cu ildə tamamlanan Massy Ulu Məscidi Fransanın ilk ekoloji dostu məscidi sayılır və enerjiyə qənaət edən müasir sistemlərlə təchiz olunub.
Oxşar xəbərlər
Su kranını bağlamağa çalışarkən faciə baş verdi: 74 yaşlı qadının ölümünün TƏFƏRRÜATI
Ağstafanın Yenigün kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 74 yaşlı Güləbatın Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb. "Qabları dol...