Fransada arı hücumu nəticəsində 20-dən çox insan yaralanıb
Fransada arı hücumu nəticəsində 24 adam yaralanıb.
BAKU.WS xəbər verir ki, bədbəxt hadisə Kantal adlı bölgədə otellərdən birində yaşanıb. Xəsarət alanların üçü reanimasiyaya yerləşdirilib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Pətəklərin otelin terrasında olduğu bildirilir. Arılar bir neçə dəqiqə ərzində yoldan keçənlərə hücum ediblər. Telekanalın məlumatına görə, həkimlər zərərçəkənlərdən birində ürək dayanması diaqnozu qoyub.
Mütəxəssislərin fikrincə, bu çox nadir hallarda baş verir. Ehtimallara görə, bu, cinsin inkişafı ilə əlaqədardır . Çarpazlaşma nəticəsində arılar daha aqressivləşir.
Oxşar xəbərlər
Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb
Türkiyə ilə Ermənistan sərhədində yerləşən, X əsrə aid tarixi Ani körpüsünün bərpası üzrə tender prosesi yekunlaşıb. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyəni...