Fransa Rusiya ilə müharibəyə hazırlaşır? - Moldovada xəritələr çəkilir

Fransa Rusiya ilə müharibəyə hazırlaşır? - Moldovada xəritələr çəkilir
Dünya 479

Fransa hərbçiləri NATO ilə Rusiya arasında mümkün qarşıdurma halında istifadə olunacaq ərazilərin xəritələrini tərtib edirlər.

Bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.

Məqalədə bildirilir ki, ötən il Rumıniyaya Fransa Quru Qoşunlarının yeganə hərbi topoqrafiya bölməsi olan 28-ci hərbi hissənin əsgərləri göndərilib. Hərbçilər burada əraziləri kəşf edərək xəritələri yeniləyirlər.

Məlumata görə, Fransa hərbçiləri xüsusilə Fokşan keçidi adlanan əraziyə diqqət yetiriblər – bu keçid Karpat dağlarının ətəkləri ilə Dunay çayı arasındakı dar zonadır. Bildirilir ki, bu bölgə Rusiya ordusunun mümkün hücumu üçün potensial istifadə edilə bilər.

Bölmənin komandiri polkovnik Giyom Şmidt qeyd edib ki, ordu peyk siqnallarının kəsildiyi vəziyyətlərdə belə əməliyyatları davam etdirməyə hazır olmalıdır. O əlavə edib ki, müttəfiqlər döyüş meydanı ilə bağlı daha dəqiq və yenilənmiş məlumatlara ehtiyac duyur.

Qəzetin yazdığına görə, artıq kommersiya xidmətlərindən daha dəqiq olan üçölçülü xəritə hazırlanıb.

Son xəbərlər