Fransa hökuməti "X" sosial şəbəkəsini porno platforma kimi tanıya bilər
Fransa hökuməti amerikalı sahibkar İlon Maska məxsus olan "X" sosial şəbəkəsinin pornoqrafik platforma kimi tanınması imkanını nəzərdən keçirir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qərarın əsas səbəbi istifadəçilərin yaşı ilə bağlı narahatlıqlardır.
Bir müddət əvvəl Fransa hökuməti uşaqların internetdə qorunması ilə bağlı qanunu sərtləşdirib və pornoqrafik məzmun təqdim edən platformalarda istifadəçilərin yaşının yoxlanılmasını tələb edib.
"X" 2024-cü ildən etibarən pornoqrafik məzmunun yayılmasına icazə verdiyini nümayiş etdirib. Buna görə də bu platforma ilə müvafiq qaydada davranılmalıdır", - deyə nəşr qeyd edir.
Bu tələblərin yerinə yetirilməməsi saytlara ciddi maliyyə cərimələri, axtarış sistemlərindən çıxarılma və hətta ölkə daxilində tam bloklanma ilə nəticələnə bilər. Platformalara bu şərtləri yerinə yetirmək üçün 7 iyun - ötən şənbəyə qədər vaxt verilmişdi. Lakin bir çox saytlar hələ də bu tələblərə qarşı etirazlarını davam etdirirlər.
Oxşar xəbərlər
Netanyahu: Tramp İranla bağlı fikrimi eşitmək istəyirdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışıqlarda razılıq əldə ediləcəyi təqdirdə, Təl-Əvivin maraqlarının nəzərə alınmalı oldu...