Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb
Finlandiyanın Milli Arxivi Rusiyadan əldə edilən tarixi sənədlərə internet üzərindən sərbəst çıxışı məhdudlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mediası Finlandiya mətbuatına istinadən məlumat yayıb.
Məhdudiyyət 1500-1990-cı illəri əhatə edən böyük sənəd toplusuna şamil edilib. Buraya XX əsrin əvvəllərinə aid Sveaborg qalasının görüntülərini əks etdirən nadir çertyoj və rəsmlər də daxildir.
Hazırda tədqiqatçılar həmin materiallarla yalnız xüsusi oxu zallarında tanış ola bilərlər. Arxivin elektron sistemində sənədlərə giriş isə "9999-cu ilin sonunadək" məhdudlaşdırılıb.
Məlumata görə, 2005-ci ildən iki ölkənin arxiv qurumları arasında əməkdaşlıq çərçivəsində Rusiyadan Finlandiyaya təxminən 1 milyon səhifə tarixi sənəd gətirilib. Bu materialların alınması, daşınması və surətinin çıxarılmasına Finlandiya büdcəsindən 1 milyon avrodan çox vəsait ayrılıb.
Oxşar xəbərlər
Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb
Rusiyanın Krasnoyarsk diyarında sərnişin helikopterinin pəncərəsi uçuş zamanı yerindən çıxıb. BAKU.WS xəbər verir ki, "Shot"un məlumatına görə, "Art Avia" şir...