Finlandiya "Kalaşnikov" avtomatlarından imtina etməyə qərar verib
28
avq
2025
14:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya ordusu "Kalaşnikov" avtomatlarından imtina edərək qərb analoqlarına üstünlük verməyi planlaşdırır.
Bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, AK-47 bazasında yaradılmış avtomatların əvəzləyicisi kimi "Sako ARG" avtomatik tüfəngi ola bilər.
Bu silah Finlandiyanın "Sako" şirkəti tərəfindən Finlandiya və İsveç orduları ilə birlikdə hazırlanır. Silahın 7.62 mm və ya 5.56 mm kalibrli üç modifikasiyada istehsalı nəzərdə tutulur.
Yeni tüfəngin ilk sınaqları 2026-cı ilin yazında keçiriləcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...