Filippində sürücü avtomobili ilə insanların üzərinə sürdü: 2 nəfər həyatını itirdi

Filippinin paytaxtı Manilada yerləşən Ninoy Aquino Beynəlxalq Hava Limanının girişində faciəvi hadisə baş verib. Sürücülərdən biri idarəetməni itirərək avtomobili ilə insanların üzərinə sürüb. Nəticədə biri 4 yaşlı qız uşağı olmaqla 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı hava limanından verilən açıqlamada bildirilib ki, insident "yol-nəqliyyat qəzası" kimi qiymətləndirilir. Məlumata görə, nəqliyyat vasitəsi təhlükəsizlik baryerlərini aşaraq birbaşa NAIA Terminal 1-in girişindəki piyada yoluna daxil olub.
Rəsmi qurumlar yayılan görüntülərin sosial mediada narahatlıq yaratdığını qəbul edərək vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb: "Hadisə ilə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq üçün ən qısa zamanda rəsmi açıqlamalar paylaşılacaq."
Qəzadan sonra yaralanan şəxslər xəstəxanaya çatdırılıb, sürücü isə polis tərəfindən saxlanılıb.

Oxşar xəbərlər
Dünyada ən geniş yayılmış MİFLƏR: Həqiqətə bürünmüş yanlış inanclar
Müasir dövr informasiya əsri olsa da, əsrlərdir insanların dilindən-dilə keçən və gerçək kimi qəbul edilən bir çox mif hələ də həyatımızın bir parçasıdır. Elmi...