Fidan və Dar İranın Türkiyə ərazisinə raket atmasını müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı İranın bu yaxınlarda Türkiyə istiqamətində ballistik raket atmasını müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Tərəflər regionda artan gərginlik ətrafında fikir mübadiləsi aparıb, davam edən hücumlar, o cümlədən Türkiyəyə qarşı son hücum cəhdi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib, gərginliyin dərhal azaldılmasını və təmkinliliyin zəruriliyini vurğulayıblar", - məlumatda bildirilib.
İshaq Dar Pakistanın Türkiyə ilə həmrəy olduğunu və ölkələrin regional sülh və sabitliyin qorunması üçün səyləri əlaqələndirməyə hazır olduqlarını təsdiqləyib.
Oxşar xəbərlər
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir...