Ferdi Tayfurun yeni doğulan nəvəsi reanimasiyaya yerləşdirildi
Mərhum müğənni Ferdi Tayfurun yeni doğulan nəvəsi reanimasiyaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, sənətçinin qızı Tuğçe Tayfurun yeni doğulan körpəsi təcili olaraq reanimasiyaya yerləşdirilib.
Bu barədə Tuğçe özü bildirib.
"Canım qızım, sən mənə sarıldın və heç vaxt buraxmadın. Ya mən səni riskə atacaqdım, ya da atamla Antalyaya gedəcəkdim. Getmədim, gedə bilmədim. Səninlə birlikdə bir itki yaşadıq. Təhqir olundum, amma sən yenə də bətnimdə möhkəm dayadım. Bu gün yenə də səni seçərdim, balam. Səni istəmədən stressə salmış ola bilərəm, kədərləndirmiş ola bilərəm. İnanıram ki, bu sınaqdan güclü çıxacaqsan. Biz hamımız səbrsizliklə səni gözləyirik" - deyə Tuğçe qeyde dib.
Xatırladaq ki, Tuğçe Tayfur 2023-cü ildə Muhammed Aydın ilə ailə qurub.
Qalereya
Oxşar xəbərlər
Hakan Fidan: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqının hədəfi deyil
İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığı açıqlanıb. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin xarici...