Ferdi Tayfurun mirasından bir hissə Türkiyə Silahlı Qüvvələrinə və Leykoz xəstəsi uşaqlara veriləcək
Mərhum müğənni Ferdi Tayfurun yazdığı vəsiyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, sənətçinin 3 milyard lirəlik sərvətinin bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə, "Darüşşafaka" vəqfinə və Leykoz xəstəsi uşaqların sağlamlıq və təhsil fonduna (LÖSEV) vəsiyyət etdiyi ortaya çıxıb.
Qalan miras isə onun 4 övladı arasında bölünəcək. Belə ki, iddialara görə vəsiyyətnamədə sənətçinin qızı Tuğçe Tayfurun adı yer alımayıb.
Xatırladaq ki, Ferdi Tayfur bu ilin yanvarın 2-də böyrək və qaraciyər çatışmazlığından vəfat edib. O "Çeşme", "Hatıran Yeter", "Emmioğlu", "Bana sor", "Ben de Özledim" kimi mahnılarla məşhurlaşmışdı.
Oxşar xəbərlər
Hakan Fidan: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqının hədəfi deyil
İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqının hədəfi olmadığı açıqlanıb. BAKU.WS xəbər verir ki, bunu Türkiyənin xarici...