Ferdi Tayfurun kürəkəni onu şantaj edir: "Nəvəni sənə göstərməyəcəm"
Məşhur müğənni və aktyor Ferdi Tayfurun kürəkəni Muhamet ona nəvəsini göstərməyəcəyini deyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Aramızda Kalmasın" proqramında bildirilib.
Verilişə canlı bağlanan sənətçinin qızı Tuğçe Tayfur atası ilə aralrında yaşanan məhkəmənin hələ də davam etdiyini deyib:
"Məhkəmə prosesi davam edir. Müəyyən bir haqq iddiası var... Demək lazım olanlar deyilib. Proses davam edərkən bu haqda danışmağın mənası yoxdur. Keçmişdə Müslümcülər - Ferdicilər kimi qruplar var idi. İndi Tuğçe-Ferdici qrupları yaranıb. Ağlanası halıma gülməyə başladım".
Tuğçenin əri Muhammet Aydın isə Ferdi Tayfura bir daha nəvəsi Linayı göstərməyəcəyini bildirib:
"Əslində, qayınatam Ferdi bəyin tələb etdiyi pullar Tuğçeden və ya məndən deyil, öz nəvəsi Linaidi. Buna görə də əsəbiləşdim. Bütün bu pullar onun nəvəsinin gələcəyi üçün idi. Artıq o nəvəsini görə bilməz. Ona nəvəsini göstərməyəcəm".
Xatırladaq ki, Tuğçe atası ilə məhkəəlik olduğu markanın qış geyimlərinin reklamın çəkilişlərinə başlayıb. Ferdi Tayfur adından istifadə etdiyinə görə qızındanməhkəmə ilə 50 milyon lirə dəyərində pul tələb edir.
Oxşar xəbərlər
Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır?
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kiloqram qızılla saxlanılan şəxs diplomat deyil. BAKU.WS APA-ya istinadən xəbər verir ki, tutulan...