"Fənərbağça" klubunun prezidentinin şərhinə görə tələbələr PULSUZ DÖNƏR yedilər
Sosial şəbəkələrdə restoran və iaşə obyektləri diqqət çəkmək və müştəri qazanmaq üçün fərqli üsullara əl atmağa davam edir. Bəziləri xüsusi şoularla, digərləri isə yarışmalarla izləyicilərin marağını qazanmağa çalışır.
BAKU.WS xəbər verir ki, Türkiyədə bir dönərçi "Fənərbağça" Klubunun prezidenti Sadettin Sarana sosial şəbəkə üzərindən müraciət edərək ondan videoya sadəcə bir şərh yazmasını istəyib. Dönər ustası Saran paylaşıma rəy bildirərsə, gələn həftənin çərşənbə axşamı bütün tələbələrə pulsuz dönər paylayacağını elan edib.
Saran isə müraciətə qısa və konkret cavab verib. Dönərçinin paylaşdığı videoya "sözünü tut" deyə şərh yazıb.
İş adamı həmin şərhi bəyənərək səhifəsində sabitləyib və bununla da tələbələr üçün pulsuz dönər kampaniyasının həyata keçiriləcəyini təsdiqləyib.
Sözügedən paylaşım qısa müddətdə böyük diqqət çəkib, 85 mindən çox bəyənmə və yüzlərlə şərh toplayıb. İzmirli dönərçi isə "Sözüm sözdür, prezidentim" mesajı ilə sosial şəbəkələrdə xoş bir atmosfer yaradıb.
Beləliklə, sosial media üzərindən başlayan bu maraqlı dialoq tələbələr üçün dadlı sürprizlə nəticələnib.
Oxşar xəbərlər
Telegram növbəti dəfə cərimələndi - Bu dəfə 6 milyon
Moskva məhkəməsi Telegram-ı 6 milyon rubl məbləğində cərimələyib. BAKU.WS xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti...