Fələstinli yazıçı festivaldan çıxarıldı, həmkarları boykot etdi
Avstraliyanın ən nüfuzlu ədəbi tədbirlərindən biri olan Adelaide Yazıçılar Həftəsi fələstinəsilli avstraliyalı akademik və yazıçı Randa Abdel-Fattahın proqramdan çıxarılmasından sonra geniş boykotla üzləşib.
Aralarında Miles Franklin mükafatlı yazıçıların və beynəlxalq tanınmış simaların da olduğu onlarla müəllif qərara etiraz edərək festivaldan çəkildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, festival rəhbərliyi yazıçının proqramdan çıxarılmasını 2025-ci ilin dekabrında Bondi Beach-də baş verən terror hadisəsindən sonra yaranan "ictimai həssaslıqlar"la əsaslandırıb. Lakin Abdel-Fattahın hadisə ilə əlaqəsinin olmadığı da qeyd olunub.
Macquarie Universitetinin akademiki olan Abdel-Fattah qərarı "utancverici irqçilik və senzura" adlandıraraq, bunun fələstinli kimliyinə görə verildiyini bildirib.
Qərardan sonra Zadie Smith, Yanis Varoufakis, Helen Garner və digər tanınmış yazıçılar festivalı boykot edib. Festivalın əsas sponsorlarından biri olan Australia Institute də 2026-cı il üçün dəstəyini geri çəkdiyini açıqlayıb.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...