Fələstinli həkimlər üç gün ərzində Qəzzada 14 cəsəd tapıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Son üç gündə Qəzza zolağında anklavın Səhiyyə Nazirliyinin əməkdaşları 14 nəfərin meyitini aşkar ediblər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, nazirlik bu barədə məlumatı özünün Telegram kanalında yayıb.
"Son 72 saat ərzində 14 fələstinlinin cəsədi Qəzzada xəstəxanalara çatdırılıb. Onlardan 5-i əvvəllər aldığı yaralardan ölüb, 4 nəfər isə bu üç gündə ölüb. Bu müddət ərzində 11 nəfər xəsarət alıb", - deyə Səhiyyə Nazirliyindən bildirilib.
Həkimlər qeyd ediblər ki, 2023-cü ilin oktyabr ayından etibarən yenilənmiş məlumatlara görə, Qəzzada 47 306 nəfər ölüb, 111 483 nəfər yaralanıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...