Esra Erola deyilən bu sözlər televiziya tarixinə keçdi

Esra Erola deyilən bu sözlər televiziya tarixinə keçdi
Video
Dünya 801

Türkiyəli aparıcı Esra Erolun proqramında qəribə hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Mahmut Aydın adlı şəxs 150 gündür itkin düşən oğlu Fatihi tapmaq üçün aparıcının verilişinə müraciət edib.

Murat Aydın çəkiliş komandasının oğlunu tapacağına ümid etsə də bu alınmayıb.

Canlı efirdə Esra ilə danışan Murat ona "Sən tapa bilmirsən. Günlərdir ki, bura gəlirik. Bizə mane olmayın. Əgər tapa bilmirsənsə, Müge Anlıya gedək" deyərək əsəbiləşib.

Esra isə ona cavabında Murata "Əgər polis və prokurorluq onu tapa bilmirsə, bütün proqramlar birləşsə, yenə də Fatihi tapa bilməyəcəyik. Mənə hər şeyi deyə bilərsən, amma dediyin şeylərə cavab verməyə hazır ol! Hər kəs ağzından çıxana nəzarət edəcək" sözlərini söyləyib.

Mahmut Aydının Esra Erola dediyi sözlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Son xəbərlər