Əsədə qarşı döyüşən müxalif qruplar Hələbin şəhər mərkəzinə daxil olub
Suriyada Bəşər Əsəd rejiminin qüvvələri ilə toqquşan silahlı müxalif qruplar Hələbin şəhər mərkəzinə daxil olub. Ötən gün Hələbin qərb çölündən mərkəzə doğru irəliləyən rejim əleyhdarı qruplar ümumilikdə 56 kənd və məntəqəni nəzarətə götürüb, qarşıdurmalarda 100-dən çox insan həyatını itirib. Silahlı qruplar şəhər mərkəzinə daxil olduqdan sonra Hələb Universitetinin tələbələri təxliyyə olunmağa başlayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada rejim əleyhinə silahlı qruplar dünən və bu gün İdlib cəbhə xəttində Əsəd rejiminin nəzarətində olan 12 kəndi ələ keçirib. Bu gün qruplaşmalar Hələb və İdlib əyalətlərində ümumilikdə daha 14 kənd və məntəqəni nəzarətə götürüb.
Bu gün səhər saatlarından etibarən Hələbin kənarında tərəflər arasında toqquşmalar başlayıb. Hələbin kənar ərazilərində şiddətlənən qarşıdurmalar davam edərkən, rejimə yaxın bir çox insan Hələbdən Dəməşqə qaçmağa başlayıb. Silahlı qruplar Hələbin kənarında yerləşən və rejim qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi Elmi Araşdırmalar Mərkəzini ələ keçirib. Mərkəzdə bombalar, artilleriya batareyaları kimi mühüm hərbi materialların istehsal edildiyi bildirilir.
Silahlı qruplar Hələbin ən böyük yaşayış məntəqələrindən biri olan Anadan qəsəbəsini də ələ keçirib. Bu səhər saatlarından etibarən rejim əleyhdarı qruplar İdlib və Hələb cəbhə xəttində təxminən 550 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib.
Oxşar xəbərlər
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı çağırış edib. "Report"un yerli bürosu xəbər verir k...