Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək
Ermənistan Baş Prokurorluğu cinayət təqibi üçün parlament müxalifətinin iki nümayəndəsinin - "Güclü Ermənistan" blokunun lideri Narek Karapetyanın və "Ermənistan" blokunun nümayəndəsi İşxan Saqatelyanın toxunulmazlığının ləğvinə nail olmağı planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, iki deputat barəsində vəsatətlər paketinin rəsmiləşdirilməsi və payızda onların artıq yeni çağırış parlamentinə təqdim edilməsi üzrə iş aparılır. Bununla belə, vəsatətlərin hansı cinayət icraatları çərçivəsində tərtib olunduğu və deputatlar barəsində hansı addımların planlaşdırıldığı dəqiqləşdirilməyib.
Oxşar xəbərlər
İranın neft emalı zavodunda yanğın söndürülüb
İran mediasının yaydığı son məlumata görə, Lorestan əyalətinin Pol-Doxtar bölgəsindəki "Oxin Palayesh" neft emalı zavodunda baş verən güclü yanğın lokallaşdırıl...