Ermənistan rəsmisi ölkənin Aİİ-dən çıxması ilə bağlı şayiələrə son qoydu

Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əməkdaşlığın intensivləşməsinə baxmayaraq, ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması məsələsinə baxmır.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
"Bizim belə bir sualımız yoxdur - Aİİ-dən çıxmaq. Ermənistan Aİ ilə tərəfdaşlığı inkişaf etdirməklə yanaşı, ittifaq çərçivəsində əməkdaşlığı davam etdirir", - Papoyan İrəvanın xarici iqtisadi kursunun mümkün dəyişməsi ilə bağlı şayiələri şərh edərkən vurğulayıb.
Mirzoyan Lavrovla görüşdə Aİİ çərçivəsində əməkdaşlığın inkişaf etdirildiyini qeyd edib
Qeyd edək ki, bundan əvvəl Ermənistan təşkilatla fikir ayrılıqları fonunda KTMT-də iştirakını dondurub və Avropa İttifaqı ilə inteqrasiya prosesini intensivləşdirib. İrəvanın bu addımları ölkənin xarici siyasətində mümkün dəyişikliklə bağlı müzakirələrə və Rusiya ilə münasibətlərə yenidən baxılması ilə bağlı spekulyasiyalara səbəb olub.
Oxşar xəbərlər
Atışma MKİ-nin Lenqlidəki qərargahı yaxınlığında baş verib
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qərargahı yaxınlığında atışma olub. BAKU.WS xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Bildirilib k...
