Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinə dair iddialara baxılmasını yekunlaşdırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edən bir sıra müxalifət partiyaları tərəfindən verilmiş iddialara baxılmasını başa çatdırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib.
"İşə baxılıb. Qərar iyulun 4-ü günün sonunadək açıqlanacaq", - o deyib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə bir neçə siyasi qüvvə, o cümlədən "Güclü Ermənistan" və "Ermənistan" blokları, həmçinin "Çiçəklənən Ermənistan", "Birlik qanadları", "Demokratiya, qanun, nizam-intizam", "Respublika naminə demokratiya müdafiəçiləri ittifaqı" və "Yeni qüvvə" partiyaları tərəfindən iddialar təqdim olunub. İş üzrə üçüncü tərəf kimi hakim "Vətəndaş müqaviləsi" partiyası tanınıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...