Ermənistan Cənubi Qafqazda kommunikasiyaların açılmasından sonra Çinlə ticarət həcminin artacağına ümid edir
Ermənistan ümid edir ki, Cənubi Qafqazda kommunikasiyaların açılması Çin və digər ölkələrlə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
"Ümid edirik ki, regional infrastrukturun açılması Çin və digər ölkələrlə ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək və biz bu istiqamətdə irəliləyirik", - nazir vurğulayıb.
Onun sözlərinə görə, İrəvan həmçinin Ermənistanda iri infrastruktur layihələrinin həyata keçirilməsində Çin şirkətləri ilə gələcək əməkdaşlığa da ümid edir.
Oxşar xəbərlər
Övladına süd almaq üçün qonşusunun evini qarət etdi
Taylandda bir ata övladı üçün süd almaq məqsədilə qonşusunun evinə oğurluq məqsədilə girib. BAKU.WS xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb...