Ən varlı rusların sərvəti ilin əvvəlindən 26 milyard dollar artıb
İlin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 26,274 milyard dollar artıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Bloomberg Billionaires Index"in araşdırmasında öz əksini tapıb.
Məlumata görə, kapitalın əhəmiyyətli dərəcədə artması şirkət səhmlərinin dəyərinin artması ilə əlaqədar olub.
Beləliklə, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvətini 4,81 milyard dollar artıraraq 28,8 milyard dollara çatdırıb. "Severstal"ın təsisçisi Aleksey Mordaşov kapitalını 4,75 milyard dollar artıraraq 25,6 milyard dollara çatdırıb. Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 4,2 milyard dollar qazanaraq sərvətini 23 milyard dollara çatdırıb.
Eyni zamanda, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanovun sərvəti 6,46 milyard dollar azalaraq 14,6 milyard dollar təşkil edib.
Bu ilin doqquz ayı ərzində ən zəngin rusların ümumi sərvəti 30,2 milyard dollar artıb, artımın lideri EuroChem və SUEK-in keçmiş benefisiarı Andrey Melniçenko olub.
Bloomberg xəbər verir ki, rus milyarderlərinin əksəriyyəti anti-Rusiya sanksiyaları səbəbindən aktivlərini Rusiyaya qaytarmaq qərarına gəliblər.
Forbes dünya reytinqində rusiyalı milyarderlərin sayı il ərzində 110 nəfərdən 125 nəfərə yüksəlib ki, bu da dünyanın ən zəngin iş adamları siyahısında ən yüksək nəticə olub.
Oxşar xəbərlər
Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir. Bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu bildirib. Onun sözlə...