Eminem texnologiya nəhəngini məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur reper Eminem feysbuk və instaqrama sahib texnologiya nəhəngi "Meta"nı məhkəməyə verib.
BAKU.WS xəbər verir ki, "Meta" barəsində "Bir trilyon dollarlıq şirkətin sənətkarların yaradıcı əməyini istismar etməsinin yeni bir nümunəsi" ittihamı irəli sürülüb.
"Meta"nın musiqi kitabxanalarına əsərləri icazəsiz yüklədiyini və istifadəçilərin öz məzmununa əlavə etməsini təmin etdiyi iddia edilib.
Bu da öz növbəsində kütləvi miqyasda müəllif hüquqlarının pozulmasına gətirib çıxarıb.
ABŞ-də video platformaları musiqi məzmunundan istifadə üçün yayımçılardan birbaşa lisenziya almalıdırlar.
Reperin "Eight Mile Style" şirkəti, "Meta"nın bu vəziyyətdən xəbərdar olduğunu və bunu bilərəkdən pozduğunu vurğulayır.
Oxşar xəbərlər
Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. BAKU.WS "Report"a ist...