Elon Mask on dördüncü dəfə ata oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Neuralink şirkətinin meneceri Siobhan Zilis sahibkar və Amerika Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdan dördüncü övladını dünyaya gətirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində məlumat verib.
Beləliklə, iş adamı on dördüncü dəfə ata olub.
Xatırladaq ki, bir müddət öncə Amerikalı bloger Eşli Sent Kler məhkəməyə müraciət edərək sahibkar və milyarder İlon Maskın beş aylıq oğlunun atası kimi tanınmasını tələb edib. İddiaya görə, o və Mask 2024-cü ilin yanvarında Sent-Bartelemidə birlikdə istirahət edərkən uşaq sahibi olublar.
Fevralın 15-də Sent Kler 5 ay əvvəl Space X sahibinin daha bir varisini dünyaya gətirdiyini açıqlayıb.
Oxşar xəbərlər
Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb
Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi planlaşdırılır. Görüşlərin noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin...