Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
Valeh Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.
Oxşar xəbərlər
İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür
ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir əsas yoxdur. BAKU.WS "...